Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda növbəti beynəlxalq ekoloji aksiya keçiriləcək



Newscenter.az.17.09.2019
. Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində sentyabrın 21-də Zağulba çimərliyində genişmiqyaslı təmizlik aksiyası keçirəcək.

Newscenter.az xəbər verir ki, Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyirlər.

Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada artıq 9 ildir iştirak edir və ildən-ilə aksiyanın miqyası genişlənir. Tədbirin təşkilatçıları ənənəvi olaraq “Coca-Cola”, "Bakcell",“PAŞA Bank” şirkətləri və “ASAN Könüllülük Məktəbi”nin “Yaşıl ASAN” təşəbbüsü çıxış edirlər. Aksiyanın partnyorları sırasında isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ABŞ-ın Azərbaycandakı səfirliyi, ADA universiteti, “AzEkol”, “Carlsberg Azerbaijan”,“Nargis” jurnalı, “ASAN Radio”, “Xəzər TV”, AFFAvə Azərbaycan Velosiped İdmanı Federasiyası yer alıblar.

Aksiya 21 sentyabr tarixində Xəzəri qoruyaq şüarı altında Zağulba çimərliyində keçiriləcək.
Xəbəri paylaş