Newscenter.az.17.09.2019. Cari ilin sonunda qədər müntəzəm sərnişin daşıma ilə məşğul olan daha bir neçə marşrut avtobusunda gediş haqqı kartla ödəniləcək.
Newscenter.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, 53, 161 və 191 saylı marşrut avtobuslarında kart sisteminin tətbiqi gözlənilir. Həmçinin sözügedən marşrut xətt üzrə hərəkət edən avtobusların da yeniləri ilə əvəzlənməsi nəzərdə tutulur.
Agentlikdən bildirilib ki, işini düzgün qurmayanlar yeni avtobusların gətirilməsi ilə marşrut şəbəkəsindən kənarlaşdırılacaq.
Anar