Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Energetika Nazirliyində “Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçirilib



Newscenter.az.17.09.2019. Energetika Nazirliyində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin iştirakı ilə “21 sentyabr-Beynəlxalq Sülh Günü”nə həsr edilmiş “Sülh naminə beynəlxalq enerji əməkdaşlığı” mövzusunda dəyirmi masa keçirilib.

Newscenter.az-a nazirlikdən bildirilib ki, tədbirdə nazirliyin İnsan resursları və dövlət qulluğu şöbəsinin müdiri Əsəd İsmayılov və Ombudsman Aparatının hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov çıxış edərək, “Beynəlxalq Sülh Günü”nün yaranma tarixi, bu günün qeyd edilməsininəhəmiyyəti barədə məlumat veriblər. Bildirilib ki, İnsan Hüquqları üzrə Müvəkkil (Ombusman) Elmira Süleymanovanın təşəbbüsü ilə 21 avqust-21 sentyabr tarixləri arasında “Sülh aylığı” keçirilir və məqsəd insan hüquqlarının qorunması, müharibələrin, qeyri-zorakılıq hallarının qarşısının alınması, azadlığın və sülhün təmin olunmasına yönələn maarifləndirici tədbirlərin keçirilməsidir.

Tədbirdə Azərbaycanın enerji siyasətindən bəhs edən “Sülh naminə beynəlxalq enerji əməkdaşlığı”na dair təqdimat dinlənilib. Azərbaycanın neft və təbii qaz tarixi,neftçıxarma sahəsinə xarici sərmayə axını, neft və qaz hasilatı, Azərbaycan neftinin və qazının dünya bazarına sərbəst və sürətlə çıxışını təmin edənneft-qaz ixrac boru kəmərləri barədə ətraflı məlumat verilib, dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətindəölkəmizinbir sıra enerji layihələri üçün tranzit olaraqəhəmiyyətindən danışılıb.

Sonda Azərbaycanın xarici dövlətlər və iri beynəlxalq şirkətlərlə əməkdaşlığı çərçivəsində reallaşan Cənub Qaz Dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyinin, eləcə də regionda sülhün təmin olunmasındamühüm rolundan bəhs edilib və Cənub Qaz Dəhlizi layihəsinə həsr edilmiş video çarx izlənilib.

Zaur
Xəbəri paylaş