Newscenter.az.17.09.2019. Bu gün səhər saatlarında Bakı metrosunun "Xalqlar Dostluğu" stansiyasındə sərnişin sıxlığı müşahidə olunur.
Modern az-ın stansiyada olan əməkdaşının verdiyi xəbərə görə, qatarın 4 dəqiqə intervalla gəlməsi azmış kimi, sonuncu vaqonun qapısı da açılamayıb. Daha sonra bütün qatarda işıqlar sönüb.
Maşinistin mudaxiləsindən sonra qatar hərəkətə gəlib. Hazırda stansiyada həddindən artıq sərnişin sıxlığı var.