Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəsdən adam öldürmələr 13,8 faiz azalıb



Newscenter.az.17.09.2019. Cari ilin 8 ayında asayişin və ictimai təhlükəsizliyin təmini ilə bağlı qarşıya qoyulmuş vəzifələr bütövlükdə layiqincə yerinə yetirilib, cinayətkarlıqla mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında əldə olunmuş müsbət nəticələrin hesabat dövründə də qorunub-saxlanılıb.

Newscenter.az xəbər verir ki, bu fikirləri daxili işlər naziri Vilayət Eyvazov səsləndirib. O, qeyd edib ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adam öldürmələr 13,8, adam öldürməyə cəhdlər 18,5, qəsdən sağlamlığa ağır zərərvurmalar 1,8, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 7,5, mülkiyyət əleyhinə olan cinayətlər 12,2, o cümlədən quldurluqlar 7, hədə-qorxu ilə tələb etmələr 19, dələduzluqlar 27 faiz azalıb. Nazir həmçinin qeyd edib ki, hesabat dövründə cinayətlərin açılması yüksək olub.
Xəbəri paylaş