Newscenter.az.17.09.2019. Son bir neçə gün ərzində Mənzil Tikinti Kooperativləri (MTK) üzrə 20 mənzil və 91 fərdi yaşayış evi müvafiq sənədləşdirmə aparılmaqla istismara qəbul olunub. Bu barədə məlumat Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyindən daxil olub.
Bildirilib ki, 115 yeni abonentə kod, 150 abonentə kart açılıb, 84 abonentlə təbii qazın alqı-satqısına dair müqavilə bağlanıb. 14 qeyri-əhali sektoru üzrə yeni obyektə rəy, 7 yeni obyektə qaz verilib. 81 fərdi yaşayış evinə texniki şərtin sorğu blankının verilməsi üçün baxış keçirilib, 6 fərdi yaşayış evinə isə qazın verilişi təmin olunub. Bundan başqa, MTK-lardan baxılması üçün daha 19 ərizə daxil olub.
Zaur