Newscenter.az.17.09.2019. 126 ölkəyə uçuşlar həyata keçirən “Türk Hava Yolları” aviasiya sahəsində güvənilən və söz sahibi olan APEX (Sərnişinlərə Xidmət Assosiasiya) tərəfindən “2020-ci ilin beş ulduzlu qlobal hava yolları” adına layiq görülüb.
Newscenter.az xəbər verir ki, 9 sentyabr tarixində Los Ancelesdə tuzim sahəsinin mütəxəssislərinin iştirakı ilə builki APEX -in hava yolları şirkətlərinin rəsmi reytinqi açıqlanıb. Reytinq sərnişinlərin 2018-ci ilin iyulundan 2019-cu ilin iyun ayına qədər dünya üzrə 600 avia-şirkət tərəfindən həyata keçirilmiş milyondan çox uçuşu dəyərləndirməsi nəticələrinə əsaslanaraq hazırlanıb. Sərnişinlər şirkətləri 5 kateqoriyada – oturacaqların rahatlığı, salon xidməti, qidalanma, əyləncə və “Wi-Fi” üzrə 5 ballıq şkalaya görə qiymətləndirib. “Türk Hava Yolları” artıq üçüncü dəfə ardıcıl olaraq bu mükafata layiq görülür.
“Türk Hava Yolları”nın İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Aycı bildirib ki, şirkətin əsas məqsədi sərnişinlərinə hər aspektdə ideal xidmət göstərməkdir:”Biz müştərilərimiz tərəfindən yüksək ballar almağımıza görə çox şadıq. APEX-ə və bütün sərnişinlərə əməyimizi üçüncü dəfə ardıcıl olaraq dəyərləndirdikləri üçün minnətdarıq”.