Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin nümayəndə heyəti ilə görüş keçirilib



Newscenter.az.23.09.2019. Sentyabrın 23-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Amerika Birləşmiş Ştatları Daxili Təhlükəsizlik Nazirliyi Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin nümayəndə heyətləri arasında Yük Hədəfləmə Sistemi mövzusunda görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov bildirib ki, bu gün dinamik inkişaf edən Azərbaycanda Prezident İlham Əliyev tərəfindən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatların nəticəsi olaraq bütün sahələrdə inkişafa nail olunub.

Komitə sədrinin birinci müavini qeyd edib ki, bu islahatların tərkib hissəsi kimi, gömrük sahəsində də gerçəkləşdirilən islahatlar nəticəsində mühüm işlər görülüb. Gömrük xidməti beynəlxalq ticarət-təchizat zəncirinin iştirakçısı olaraq gömrük prosedurlarının sadələşdirilməsi və sərhəd-keçid məntəqələrində sürətli keçidin təmin olunması istiqamətində daha müasir innovativ layihələr həyata keçirir.

Bu gün Azərbaycan beynəlxalq ticarət və logistika mərkəzinə çevrilməkdədir-deyə sözünə davam edən İsmayıl Hüseynov onu da diqqətə çatdırıb ki, bu səbəbdən maneəsiz ticarətin timsalında gömrük prosedurlarının sadələşdirilməsi və uyğunlaşdırılması hər zamankından daha böyük önəm kəsb edir.

Komitə sədrinin birinci müavini deyib ki, Azərbaycan gömrüyündə qısa idxal bəyannamələrinin öncədən təqdim edilməsi ilə risklərin idarə olunması əsasında malların və nəqliyyat vasitələrinin sərhədkeçmə prosesi sürətlənib. Dövlət Gömrük Komitəsinin əsas hədəflərindən birinin də risklərin idarə olunmasının inkişafı olduğunu qeyd edən İsmayıl Hüseynov bu istiqamətdə bir sıra qonşu dövlətlərlə həyata keçirilən məlumat mübadiləsindən, qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsindən və Azərbaycanda tətbiqinin əhəmiyyətindən də danışıb.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin attaşesi Surab Bat rəhbərlik etdiyi təşkilat haqqında ətraflı məlumat verib. O qeyd edib ki, 2012-ci ildə idarənin Türkiyədə ofisi fəaliyyətə başlayıb və sərhədlə əlaqədar mübadilə edilən bütün məlumatların toplanması onların fəaliyyətinə daxildir. Regionda etibarlı tərəfdaşlar qazanmaqlarından məmnunluğunu dilə gətirən Surab Bat gələcəkdə digər tərəfdaşlarla da əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib.

Sonra Yük Hədəfləmə Sistemi (ÜGT) və Xarici Elektron Yük Məlumat Mübadiləsi Proqramı (FEDCEP) üzrə mütəxəssislər Anna Peterson və Devid Kinq təqdimatla çıxış ediblər.

Qeyd olunub ki, milli təhlükəsizliyi gücləndirmək məqsədilə gələcəkdə yüksək riskli malları müəyyən etmək üçün xarici tərəfdaşlardan yüklərlə əlaqədar bəyannamələri və digər aidiyyəti məlumatları toplamaq, həmin məlumatlar əsasında profilləri formalaşdırmaq əsas hədəflərdən hesab olunur.

Görüşün sonunda təqdimatlarla bağlı iştirakçıların sualları cavablandırılıb.

Zaur
Xəbəri paylaş