Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Adətən, bu cür ssenarilər Kremldə yazılır



Newscenter.az.23.09.2019. “Maraqlıdır, nə vaxt Ağ Ev Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində təşəbbüsü ələ almağa cəhd göstərir, bu yöndə real addım atır, hər dəfə ön cəbhədə, təmas xəttində hansısa bir gərginlik yaşanır, təxribat baş verir, ordumuz itki verir, hərbçilərimiz şəhid olur. Bu dəfə də eyni ssenari təkrarlandı”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, ABŞ-da Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün başlanması ərəfəsində cəbhədə bir əsgərimiz həlak oldu:

“Bu hadisə sülh danışıqlarının məntiqinə, mahiyyətinə tamamilə ziddir və mən inanmıram ki, cəbhə xəttində baş verən bu ağır hadisə məhz rəsmi İrəvanın istəyilə, Paşinyanın və yaxud Tonoyanın birbaşa göstərişi ilə baş verib. Düzdür, Paşinyan da, Tonoyan da avantürist və qeyri-normal psixikaya malikdirlər, ancaq onların heç biri bütün beynəlxalq siyasi dairələrin diqqəti XİN başçılarının bu müzakirələrinə yönəldiyi bir vaxtda Ermənistanı bu cür pis vəziyyətdə qoyan, onu aqressor qismində göstərən bir təxribata yol verməzdi”.

Partiya sədrinin sözlərinə görə, açıq-aşkar görünür ki, bu hadisə onların kiçik beyinlərinin "məhsul"u deyil:

“Burada ayrı dəst-xətt hiss olunur. Cəbhədəki bu son təxribat kənar qüvvələrin və yaxud, marağı olan ölkələrin ssenarisi əsasında gerçəkləşdirilib. Adətən, bu cür ssenarilər Kremldə yazılır, cızılır”.

Xosrov
Xəbəri paylaş