Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ARDNF-nin 3 illik maliyyə fəaliyyətinin auditi keçiriləcək



Newscenter.az.23.09.2019. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2019, 2020, 2021-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək məqsədi ilə Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun olaraq xidmət təkliflərinin cəlb olunması prosedurunu keçirib.

Newscenter.az-a Fonddan bildirilib ki, xidmət təklifləri sorğusuna əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən nüfuzlu beynəlxalq auditor təşkilatları tərəfindən təqdim olunmuş təkliflərin qiymətləndirilməsi nəticəsində, ən münasib təklif vermiş PraysvoterhausKupers Audit Azərbaycan şirkəti müsabiqənin qalibi müəyyən edilib və Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən ARDNF-nin 2019, 2020, 2021-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək üçün auditor təyin edilib.

Zaur
Xəbəri paylaş