Newscenter.az.23.09.2019. 24-26 Sentyabr tarixlərində Qətərin paytaxtı Doha şəhərində Beynəlxalq Atletika Federasiyasının 52-ci Seçki hesabat Konqresi keçiriləcək. Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə Dohaya səfər edərək, həmin konqresdə iştirak edəcəklər.
Federasiyadan Newscenter.az-a bildirilib ki, 27 Senytabr-6 Oktyabr tarixlərində isə Atletika üzrə Dünya Çempionatı keçiriləcək.Azərbaycan yığma komandası bu çempionatda iştirak edəcək.
Ümumilikdə 11 gün davam edəcək yarışlarda 209 ölkədən 1900 idmançının iştirakı gözlənilir.
Azərbaycan yığma komandasının rəhbəri, baş məşqçi Bəhruz Salehli, məşqçilər Ziyad Xəlfəyev və Artyom Rubanko, idmançilarından Nazim Babayev, Aleksis Kopello (üç təkanla tullanma), Evans Kiplaqat (marafon qaçışı) və Anna Skidan (çəkic atma) ölkəmizi təmsil edəcəklər.
Nurlan