Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Beynəlxalq Media Təlim Düşərgəsi" keçirilib



Newscenter.az.23.09.2019. Türkiyənin Samsun şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun təşkilatçılığı, Türkiyə Gənclər və İdman Nazirliyinin, Anadolu Agentliyi və Al Jazeera telekanalının dəstəyi ilə "Beynəlxalq Media Təlim Düşərgəsi" keçirilib.

Newscenter.az xəbər verir ki, 30-dan çox ölkədən 60-a yaxın gənc media mənsublarının qatıldığı layihədə Azərbaycanı NAYORA İctimaiyyətlə Əlaqələr üzrə könüllüsü Tural İmanzadə, gənc ictimai fəal və jurnalist Rəşid Mustafazadə və ATGTİ Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə meneceri Elmir Sadıqov təmsil ediblər.

Layihənin açılış mərasimində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhan iştirakçıları salamlayaraq düşərgə haqqında ətraflı məlumat verib.

Ölkə tanıtım günlərində Tural İmanzadə, Rəşid Mustafazadə və Elmir Sadıqov ölkəmiz haqqında geniş məlumat verərək, milli rəqslərimizi nümayiş etdiriblər.

Rəşid Mustafazadə çıxış edərək Azərbaycanın əzəli torpaqlarının 20 faizinin erməni işğalı altında olduğunu, Xocalıda sadəcə azərbaycanlılara deyil, bütün insanlığa qarşı cinayətin həyata keçirildiyini diqqətə çatdırıb və beynəlxalq aləmdə Azərbaycana dəstək verən İslam Konfransı Təşkilatı üzv-ölkələrinə təşəkkür edib.

Təlimləri müvəffəqiyyətlə başa vuran gənclərə sertifikatlar təqdim edilib.

Nurlan
Xəbəri paylaş