Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Böyük addımlarla təhsilli gələcəyə - 1” layihəsi uğurla yekunlaşdı



Newscenter.az.23.09.2019. Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi tərəfindən həyata keçirilən “Böyük addımlarla təhsilli gələcəyə - 1” layihəsinin bağlanış və “Böyük addımlarla təhsilli gələcəyə - 2” layihəsinin açılış mərasimi keçirilib.

Newscenter.az xəbər verir ki, ttədbirdə PXTM – nin rəhbəri Təranə Məmmədova, Akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, kimya elmləri doktoru, akademik Vaqif Abbasov,"Həyat Fondu"-nun rəhbəri, xeyriyyəçi Hacı Nuran Hüseynov , “Suraxanı Gənclər evi” nin rəhbəri Natavan Rüstəmova, Mənəvi Dəyərlərin Təbliği Fondunun şöbə müdiri Hatəm Gülmməmmədov, Azərbaycan Respublikası Gənclər Fondunun aparıcı mütəxəssisi Mübariz Qədirov, YAP Nəsimi Rayon Təşkilatının nümayəndəsi İlahə Əliyeva, layihədə iştirak edən şagirdlər, valideynlər və müəllim heyəti iştirak ediblər.

Tədbiri açıq elan edən PXTM –nin rəhbəri Təranə Məmmədova qonaqları salamlayıb və qeyd edib ki, bir il öncə Mərkəz tərəfindən başlanan bu layihə birinci mərhələsini uğurla başa vurur və ikinci mərhələsi yenidən start götürür.

Natiq qeyd edib ki, əsas məqsəd Azərbaycanda şagirdlərin ali təhsil müəssələrinə hazırlığı prosesi zamanı bəzi ailələrin maddi imkansızlıqları səbəbindən övladlarını ali təhsil imtahanlarına düzgün hazırlıq prosesinə cəlb edə bilmirlər. Belə halların qarşısını almaq məqsədi ilə Qeyri - Hökümət Təşkilatları bu ailələrin övladları üçün təhsilinin artırılması məqsədilə layihələr keçirməsi çox vacib və əhəmiyyyətlidir.

Layihə çərçivəsində abituriyent olmaq arzusunda olan amma maddi durumu zəif olan ailələrin övladları üçün bütün qruplar üzrə ödənişsiz hazırlıq dərsləri keçirilib və gələcəkdə də keçiriləcək. “Böyük addımlarla Təhsilli Gələcəyə -1” layihəsində ötən il 10 abituriyent və 14 müəllim iştirak edibdir. 10 abituriyentdən 6 nəfər hələdə hazırlıq dərslərinə davam edir, 4 abituriyent isə ali təhsil olcaqlarına qəbul olaraq tələbə adını qazanıblar.

Daha sonra çıxış edən qonaqlar bildiriblər ki, layihənin əhəmiyyəti olduqca çox böyük və gözəl təşəbbüsdür. Natiqlər bu işdə əməyi keçən hər kəsə təşəkkürlərini çatdırıblar.

Çıxışlardan sonra tələbə adını qazanan gənclərə və bu layihədə onlara könüllü olaraq dəstək olan müəllim heyətinə diplom və hədiyyələr təqdim edilibdir.

Məlumat üçün bildirək ki, “Böyük addımlarla Təhsilli Gələcəyə-2” layihəsinə start verilibdir.
Xəbəri paylaş