Newscenter.az.23.09.2019. Xarici işlər naziri Elmar Məmmədyarovun Nyu Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü baş tutub.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edilib.