Newscenter.az.23.09.2019. Newscenter.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, həftə sonu əsən güclü külək nəticəsində baş verən bütün qəzalar barədə 104 və 185 saylı qaynar xəttinə daxil olan zənglər operativ şəkildə araşdırılıb.
Əlaqədar department, şöbə və idarələrə ötürülən qəza məlumatlarının dərhal aradan qaldırlmasına, baş verən qaz sızmalarının ləğvinə başlanılıb. Belə qəzalardan biri də Qaradağ rayonunun Qobustan qəsəbəsində qeydə alınıb. Belə ki, 9 saylı 2 mərtəbəli yaşayış evinin həyətindəki ağac aşıb. Diametri 108 mm olan aşağı təzyiqli qaz xətti zədələnib və 120 abonent qazsız qalıb.
Zaur