Newscenter.az.23.09.2019. Qaradağ rayonunda yol nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev Newscenter.az-a bildiriib ki, 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 Dövlət Nömrə Nişanlı avtobus yolun hərkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb. Bakı Nəqliyyat Agnetliyi tərəfindən aparılan ilkin araşdırma zamanı məlum olub ki, hadisə iki minik avtomobilinin avtobusun qarşısına çıxması nəticəsində baş verib. Hadisə zamanı bir nəfərin xəsarət aldığı bildirilir6
“Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Qeyd edək bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən məlum hadisənin ağır qəza olaraq təqdim edilməsi və xeyli sayda yaralıların olması barədə məlumatlar həqiqəti əks etdirmir”.
Anar