Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Agentliyinə məxsus avtomobil qəza törədib, ölən və yaralananlar var



Newscenter.az.24.09.2019. Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib. "Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Xanabad kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobillə "Picap" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində dünyasını dəyişən şəxs Şəki şəhər sakini, 1957-ci il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğludur.

Xəsarət alanlar isə Şəki Şəhəri Böyük Dəhnə kənd sakinləri - Allahverdiyev Orxan Nofəl oğlu (1992), Məmmədkərimov Əli Mövsüm oğlu (1986), Pirməmmədov Tural Namiq oğlu (1988) və Məmmədkərimov Mahal Mövsüm oğludur (1991).

Ölən və xəsarət alanların hamısı "VAZ-2106" markalı avtomobildə olub.

Qəzada iştirak edən "Mitsubishi" markalı "Picap" avtomobili "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə məxsusdur.
Xəbəri paylaş