Kreml rəhbərinin Ermənistana səfəri zamanı bu ölkədə ona qarşı etiraz aksiyaları keçiriləcək
Newscenter.az.25.09.2019. Ermənistanın “Politik.am” saytının iddiasına görə Paşinyan iqtidarı Rusiya prezidenti Vladimir Putinin oktyabr ayının əvvəlində İrəvana gözlənilən səfərinə iki cür hazırlaşır.
Newscenter.az xəbər verir ki, belə bir açıpqlama ilə Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov çıxış edib. Bildirib ki, Kreml rəhbərinin Ermənistana səfəri zamanı həm rəsmi tədbirlər planlaşdırılır, həm də Putinə qarşı etiraz aksiyalarının keçirilməsi nəzərdə tutulur:
"Sayt bildirir ki, hakimiyyətin bəzi nümayəndələri artıq Putinə qarşı etirazlarda iştirak edəcək gəncləri əlaqələndirməklə, koordinasiya etməklə məşğuldur. Aksiyalara hətta qonşu Gürcüstandan da müxtəlif şəxslərin cəlb ediləcəyi vurğulanıb. Həmçinin "Sasna Çrer" Partiyasının nümayəndələrinin də Putinə qarşı etiraz aksiyalarına qoşulacağı qeyd edilir".
Partiya sədri hesab edir ki, Paşinyanın bu cür ikibaşlı hərəkəti Putin üçün həqiqətən də çox pis sürpriz və "soyuq duş" ola bilə:
"Bəs Putin necə, bu sürprizi həzm etməyə hazırdırmı? Mənə elə gəlir ki, həm Putinin, həm də bütövlükdə rusların ermənilərin iç üzünü tanıması və anti-Rusiya əhval-ruhiyyəsinə köklənməklərini görməsi üçün bu səfər çox əla fürsətdir. Bəlkə bu səfərdən sonra rusların erməni "sevgi"sinə son qoyular".
Xosrov