Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

" Bakıda Müsbət təsirli investisiya: institusional investorlar üçün imkanlar və çağırışlar" adlı konfrans keçirilir



Newscenter.az.26.09.2019
. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yaradılmasının 20 illik yubileyi çərçivəsində ARDNF-nin təşkilatçılığı, Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) tərəfdaşlığı və Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə Bakıda "Müsbət təsirli investisiya: institusional investorlar üçün imkanlar və çağırışlar" adlı konfrans keçirilir.

Newscenter.az-a Neft Fondundan bildirilib ki, tədbirdə institusional investorlar üçün müsbət təsirli investisiyalar bazarında ən son yeniliklər, investisiya mühiti, bu sahədə mövcud çağırış və imkanlar kimi məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.

Konfrans müsbət təsirli investisiyaların mahiyyəti, onların maliyyə bazarları və alətlərinə təsiri, institusional investorlar tərəfindən bu investisiyaların strateji inteqrasiyası və tətbiqi, müsbət təsirli investisiyaların ölçülməsi və hesabatlılığı, bu investisiyalar üçün mövcud siyasət və qaydalar, iqlim dəyişikliyi məsələlərinə investisiyalar kimi mövzuları əhatə edən 6 sessiyadan ibarətdir.

ARDNF-nin İcraçı direktoru Şahmar Mövsümov müsbət təsirli investisiyaların əhəmiyyətini vurğulayaraq qeyd edib: “Uzunmüddətli investor olaraq biz inanırıq ki, dəyər yaratma və davamlılıq bizim investisiya strategiyalarımızın əsas təməlini təşkil etməlidir və bu hədəflərə çatmaq üçün müsbət təsirli investisiyalar böyük potensiala malikdir. Təşkil etdiyimiz bu konfransın uzunmüddətli institusional investorların bu sahədə məlumatlılığının artırılmasında mühüm mərhələ olacağına inanırıq.”

Hans Piter Lanks, İFC-nin İqtisadiyyat və Özəl Sektorun İnkişafı üzrə vitse-prezidenti deyib ki. 60 ildən artıqdır İFC müsbət təsirlərə səbəb olan investor kimi çıxış edir: “Fəaliyyət göstərdiyimiz sahələrdə tərəfdaşlarımızla birlikdə sosial və ekoloji mənfəət naminə investisiya qoyuluşunun etimad və şəffaflığını artırmaq üçün həyata keçirilən səylərə rəhbərlik edirik. Azərbaycan Respublikası Dövlət Neft Fondu inkişaf etməkdə olan iqtisadiyyatlardan İFC-nin Vəsaitlərin İdarə edilməsi (Asset Management Company) şirkətinin idarə etdiyi aktivlərə investisiya etmiş ilk investordur. ARDNF-yə ümumi missiyamıza sadiq qaldığına görə minnətdarlığımızı bildirmək istərdik”.

Konfransda aparıcı suveren fondların, pensiya fondlarının, beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri, beynəlxalq ekspertlər, dövlət qurumlarının, özəl sektorun, bir sıra universitetlərin təmsilçilərindən ibarət 200-ə yaxın şəxs iştirak edir.

Zsur
Xəbəri paylaş