Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTİ müsabiqə ekan etdi



Newscenter.az. 26.09.2019. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) “Təhlükəsiz qida” adlı müsabiqə elan edib. Newscenter.az xəbər verir ki, müsabiqəyə qida təhlükəsizliyi mövzusunda çəkiləcək sosial videoçarx üçün ssenarilər təqdim oluna bilər.

Layihənin həyata keçirilməsində məqsəd vətəndaşların qida təhlükəsizliyi ilə bağlı biliklərini artırmaq, onların diqqətini qida təhlükəsizliyi mövzusuna cəlb etmək, qida təhlükəsizliyinin vacibliyini gündəmə gətirmək və qida təhlükəsizliyi ilə bağlı problemlərin həllində vətəndaşların rolunu artırmaqdır.
Müsabiqənin qaydalarına əsasən ssenarilər 3-5 dəqiqəlik videoçarx üçün nəzərdə tutulmalı və “word” formatında təqdim olunmalıdır. Təqdim edilən ssenarilər ancaq bu müsabiqə üçün hazırlanmalı və Azərbaycan dilində olmalıdır. Bir müəllif müsabiqəyə bir neçə ssenari təqdim edə bilər və müəlliflər üçün yaş həddi yoxdur. Plagiat olduğu müəyyən edilən ssenarilər müsabiqədən kənarlaşdırılacaq.

Müsabiqənin münsiflər heyəti ən yaxşı 10 ssenarini seçəcək. İlk 3 yeri tutan ssenarilərin müəllifləri pul və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Birinci yerə layiq görülən ssenari əsasında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən sosial videoçarx hazırlanacaq.
Müsabiqədə iştirak etmək istəyənlər müəllifi olduğu ssenarini oktyabrın 1-dən noyabrın 1-dək “Təhlükəsiz qida” başlığı altında [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Müəlliflər ssenari ilə yanaşı, özləri haqda sərbəst mətndə məlumat da təqdim etməlidirlər. Məlumatda müəllifin adı, soyadı, atasının adı və əlaqə vasitələri göstərilməlidir.

Orxan
Xəbəri paylaş