Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avtomobildə gizlədilən kosmetik vasitələr aşkarlandı



Newscenter.az.26.09.2019. Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz Sprinter" markalı avtomobilə gömrük baxışı keçirilib.

Newscenter.az-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsinin ön hissəsində sərnişinlər üçün nəzərdə tutulan oturacaqların altındakı boşluqda, ehtiyat hissələrin altında qara polietilen paketə bükülən 2 ədəd karton qutuda və 3 ədəd paketdə 17 adda, ümumilikdə 243 ədəd kosmetik vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Zaur
Xəbəri paylaş