Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxtda daha bir küçə təmir edilir



Newscenter.az.26.09.2019. Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, hazırda Səbail rayonu Gülbala Əliyev küçəsində yol infrastrukturunun yenidən qurulması və yenilənməsi istiqamətində tədbirlər görülür.

Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olan məlumata görə, uzunluğu 8.6 km olan Gülbala Əliyev küçəsi bu ərazidə yaşayan əhalinin əsas istifadə etdiyi yollardan biridir. Layihəyə uyğun olaraq, küçənin mövcud örtüyü sökülərək kənara daşınıb, deformasiyaya uğramış hisələr qazılaraq çıxarılıb, karxana qruntu ilə əks-dolğu işləri görülüb və kipləşdirilib, torpaq yataqları avtoqreyderlə profilə salınıb, lazımi hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından istifadə olunmaqla əsasın tikintisi işləri görülüb. Bu işlər ümumilikdə 50 min kv.m-dən çox sahəni əhatə edib.

Hazırda “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun asfaltlanması işləri də aparılır. Belə ki, yol örtüyünün alt və üst layı iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilir. Bu çərçivədə yol boyu örtüyün alt layının döşənməsi işləri yekunlaşmaq üzrədir.

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yollar boyu yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.

Qeyd edək ki, bundan öncə Elçin Əzizov küçəsində də təmir işləri həyata keçirilib. Küçə rayonun “20-ci yaşayış sahəsi”ndə yerləşir və bu ərazidə yaşayan əhalinin əsas istifadə etdiyi yollardan biridir. Küçənin uzunluğu 1 km-ə, eni isə 6 metrə bərabərdir.

Anar
Xəbəri paylaş