Newscenter.az.26.09.2019. Rusiyanın Barnaul şəhər hava limanında "Boeing" təyyarəsinin sərt eniş etməsi nəticəsində xəsarət alanların sayı 49 nəfərə çatıb.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
"Tibbi yardıma görə 49 zərərçəkən müraciət edib, onlardan 48-ə ambulator yardım göstərilib", - deyə müsahib agentliyə bildirib. O, qeyd edib ki, xəstəxanada böyrəyindən xəsarət aldığı ehtimal edilən bir qadın qalmaqdadır.
Hadisə zamanı təyyarədə 344 nəfər - 334 sərnişin və 10 ekipaj üzvü olub.