Newscenter.az.28.09.2019. Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıblar.
Newscenter.az-a DGK-dan bildirilib ki, aksizli mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında "Mercedes Benz " markalı avtomobil Bakı şəhəri, Nizami rayonu ərazisində saxlanılıb.
Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi həmin nəqliyyat vasitəsinin salonuna baxış zamanı, orada siqaretlərin olduğu müəyyən edilib. Daha sonra Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin dayanacağına gətirilən avtomobilə təkrar baxış keçirilib.
Yoxlama zamanı, avtomobilin salonunda 2 ədəd sellofan torbada üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan cəmi 12760 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Zaur