Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Binəqədi-Novxanı avtomobil yolunun hərəkət hissəsi 5 metr diametrində çökdü



Newscenter.az.28.09.2019.
Binəqədi-Novxanı avtomobil yolunda Azərsu ASC-ə məxsus su borusunda qəza baş verib. Nəticədə yolun hərəkət hissəsi 5 metr diametrində çöküb.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Avtomobil Yolları Dövlət Agentliyi yayıb. Bildirilib ki, dərhal ərazi AAYDA-nin Yolların mühafizə xidmətinin əməkdaşları tərəfindən nəzarətə götürülüb, hərəkətin təhlükəsizliyinin təmin olunması üçün işlər aparılıb.

Qəzanın aradan qaldırılması üçün əraziyə aidiyyəti qurumun əməkdaşları və texnikası cəlb olunub. Hazırda qəzanın aradan qaldırılması üçün təmir-bərpa işləri aparılır.

Anar
Xəbəri paylaş