Newscenter.az.28.09.2019. “Nezavisimaya qazeta” erməni politoloq Suren İonesyanın və rusiyalı jurnalist Mixail Spasskinin imzası ilə dərc etdiyi baş məqalədə Paşinyanın “məxməri inqilab” adlanan siyasi fırıldaq yolu ilə hakimiyyətə gəldiyi bildirilir. Eyni zamanda qeyd olunur kı, Paşinyan 5 milyard müqabilində 5 rayonu Azərbaycana qaytarmağa hazırdır və bu plan Bolton ssenarisidir. Həmçinin qeyd olunur kı, ABŞ ın əsas arzusu bölgədə müharibənin başlanması və Rusiyanın silahlı münaqişəyə fəal şəkildə cəlb olunmasıdır.
Xatırladım kı, artıq ilyarımdır kı, informasiya müharibəsi çərçivəsində rus dilindəki müsahibələrimdə ümumdünya erməni diasporası və ABŞ ın strateji planı haqqında danışıram. Qeyd edirəm ki, Vaşinqtonun əsas hədəflərindən biri Qarabağ kartından Rusiyaya qarşı istifadə etməkdir. Mən bir azərbaycanlı kimi ingilis dilində ABŞ, rus dilində Rusiyanı maraqlandıracaq və ermənilərin əsl simasını açacaq informasiyaları yayıram.
O ki qaldı, 5 rayon məsələsinə. Nezavisimaya qəzetinin diqqətinə çatdırıram kı, ilk dəfə olaraq ətraf rayonların qaytarılmasının mümkünlüyü məsələsinə Rusiya tərəfi yaşıl işıq yandırıb. Bununla bağlı da müsahibələr vermişəm. Lakin, Kremlin şərti var. Bu şərt nə Bakını, nə də İrəvanı qane edir.
Uzun sözün qısası, Paşinyan hökumətinin 5 rayonu 5 milyard müqabilində qaytaracağı ilə bağlı məlumat informasiya müharibəsinin bir hissəsidir. Erməni cəmiyyəti buna hazır deyil. Sarqsyan Paşinyana hakimiyyəti verməklə, həmçinin, münaqişənin nizamlanmasından qaçdı.
Bu arada, bu yaxınlarda baş tutacaq Soçi görüşü olduqca vacibdir....
Sonda qeyd edim ki, Azərbaycan, ya sülh, ya da digər yolla, yaxın vaxtlarda haqqı olduğunu alacaq. Buna heç kimin şübhəsi olmasın.
Zaur Məmmədov-Bakı Politoloqlar Klubunun rəhbəri