Newscenter.az.28.09.2019. Kənd Təsərrüfatı naziri İnam Kərimovun Göyçayda keçirilən müşavirədə 1992-1993-cü illərdə üzümçülük, baramaçılıq və kənd təsərrüfatının digər sahələrinə ciddi zərbə vurulması barədə fikirlərlə bəzi "aqrar ekspertlər" razılaşmayıb. Onlar təqdim etdikləri bir sıra statistik rəqəmlərlə iddia ediblər ki, nazirin qeyd edilən sahələrlə bağlı səsləndiriyi fikirlər doğru deyil.
Newscenter.azın xəbərinə görə, "aqrar ekspertlərin" iddialarına cavabında Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov qeyd edib ki, həmin "ekspertlər" bu rəqəmlərlə özləri özlərini ifşa edirlər:
"Əkin sahələri məhv edilib deyəndə üzümçülük infrastrukturunun dağıdılması nəzərdə tutulur O dövrdə bu adamlar üzümlüklərdəki beton dirəkləri çıxarıb satdılar. Həmçinin şərab zavodlarındakı çənləri doğrayıb, metal tullantısı kimi satdılar, avadanlıqları satdılar, 100-ə yaxın şərab zavodunu məhv etdilər. Üzümçülüyü məhv etdilər dedikdə, infrastrukturun məhvi nəzərdə tutulur, bunlar isə elə düşünür ki söhbət üzüm tinglərini dartıb yerindən çıxartmaqdan gedir. İnfrastruktur məhv edildikdən sonra üzümlüklər avtomatik məhvə məhkum idi, insanların üzümü sata biləcəkləri yer qalmamışdı, ona görə bağlar baxımsız qaldı, sahə məhv oldu.
Rəqəmlərə baxın - 1985-1991-ci illərdə alkoqolizmə qarşı mübarizə çərçivəsində üzümlüklər nə qədər vəhşiliklə məhv edilsə də, ən azı yarısı qorunub saxlanan bilmişdi. Sahələr məhv edilsə də, infrastruktur qalırdı. 1991-1993-cü illərdə üzümçülüyün onurğa sütunu - infrastruktur məhv edildi. Məsələnin mahiyyəti budur".
Şöbə müdiri deyib ki, baramaçılıqda da eyni vəziyyətdir:
"Barama müəssisələrinin necə talan edildiyi hamının yadındadır. Bunların metal sevgisi ölkənin kənd təsərrüfatının göz bəbəyi olan baramaçılığı, ipəkçiliyi məhv edib. Baramaçılıq şəbəkəsi dəyər zənciri üzrə bir-bir dağıdıldı. Özünümüdafiə məqsədilə bir cədvəl paylaşıb, əslində bu cədvəllə özlərini ifşa edənlər baramaçılıqla bağlı ittihamları niyə cavablandırmırlar? Çünki, deməyə sözləri yoxdur".
Orxan