Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daxili orqanında narkotik vasitələr aşkar edilib



Newscenter.az.28.09.2019.
Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında idarənin Biləsuvar gömrük postunda İrandan ölkəmizə piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub. Bu barədə məlumat Newscenter.az-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən daxil olub.

Bu zaman o, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib.

Bundan sonra vətəndaşın gömrük nəzarətinə təqdim etdiyi bir ədəd idman çantası və kiçik həcmli əl çantası yoxlanılıb.

Yoxlama nəticəsində vətəndaşın idman çantasında konfet qutusunun içərisində bir ədəd sellofan bükümdə gömrük nəzarətindən gizlədilən 0,5 qram ağ, kristal formada psixotrop maddə- metamfetamin, əl çantasında isə 1 qram açıq qəhvəyi rəngli narkotik vasitə-heroin aşkar edilib.

Daha sonra daxili orqanlarında da narkotik vasitə gizlətdiyi ehtimalı yarandığından vətəndaş Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Müayinə zamanı onun daxili orqanı-düz bağırsağında gömrük nəzarətindən gizlədilən 218 qram açıq qəhvəyi rəngli narkotik vasitə-heroin və 32 qram ağ, kristal formada psixotrop maddə-metamfetamin aşkarlanıb.

Qeyd edək ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Zaur
Xəbəri paylaş