Newscenter.az.28.09.2019. Qafqaz regionunda Amerika standarlarına uyğun fəaliyyət göstərən Gəncə Beynəlxalq Xəstəxanasının təşkilatçılığı ilə "Müasir təbabətdə - Müasir müzakirələr" adlı 9-cu regional elmi-praktiki konfrans keçirilib.
Newscenter.az xəbər verir ki, Şəki şəhərinin Marxal Resort və Spa Otelində baş tutan konfransı Xəstəxananın baş direktoru İlkin İsmayılov giriş sözü ilə açaraq, ölkəmizdə xalqın sağlam həyat tərzi və rifah halının yüksəldilməsi prinsiplərinin daima diqqət mərkəzində saxladığını xüsusi ilə vurğulayıb, bu siyasətin tibb işçiləri tərəfindən hər zaman dəstəkləndiyi bildirib.
Uzm. Dr. Rəna Bayramlı uşaqlarda oynaq ağrıları, Prof. Dr. M. Erol Demirseren Plastik, Estetik, Rekonstruktiv Cərrahiyyə, Uzm. Dr. Sərxan Həsənov ürək-damar cərrahiyyəsinin aktual problemləri, Dr. Tural Abışov Stelevasion miokard infarktına yanaşma prinsipləri, Uzm. Dr. Elvin Niftəliyev serebrovaskular xəstəliklər, Dr. Cahandar İsmayılov Artroskopik cərrahiyyənin ortopediyada rolu və Dr. Ziya Qurbanov uşaq endokrinologiyasının aktual problemlərini əhatə edən maraqlı məruzələri konfrans iştirakçılarına çatdırıblar. Müzakirələr diskussiya şəklində geniş auditoriyanın iştirakı ilə başa çatdırılıb.
Qeyd edək ki, Gəncə Beynəlxalq Xəstəxanası regionlarda vaxtaşırı bu səpgidə tədbirlər keçirir.