Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın izolyasiya edilməsi mütləqdir



Newscenter.az.28.09.2019. "İran ətrafında baş verənlər yeni müharibənin başlanmasına gətirməsə də, bu ölkənin izolyasiya edilməsi mütləqdir".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, İranın əsas məqsədi regionda söz sahibi olmaq, "İran inqilabını" digər ölkələrə ixrac etməkdir:

"Məhz Tehranın hazırkı siyasəti vaxtı ilə SSR-nin yürütdüyü "kommunizin ixracı" siyasəti ilə eynidir. İran inqilabı xalqların deqredadsiyasına, inkişafdan geri qalmasına gətirir. Bu nöqteyi nəzərdən bu ölkənin nüvə silahına malik olması, təhlükəli tendensiyadır".

Politoloqun sözlərinə görə, hazırda İranın Yaxın Şərqdə apardığı vəkalət müharibəsi göstərir ki, Tehran heç də sülh və təhlükəsizliyin qarantı ola bilməz:

"Belə bir ölkənin nüvə silahına malik olması dəhşətli nəticələrə gətirə bilər. Bu region üçün fəlakət və xalqların potensial mənəvi-mədəni və məzhəbsəl hücuma məruz qalmasıdır. İran bir neçə məsələyə görə Cənubi Qafqaz siyasətində bir qədər yumuşaq gücdən istifadə edir. Məhz Rusiya faktorunu nəzərə alan Tehran Cənubi Qafqazda fəal deyil. Əgər, Tehran nüvə silahı əldə edərsə, ölkəmiz yeni bir təhlükə ilə üz-üzə qalacaq. Fars şovnizmi Azərbaycana açıq şəkildə təzyiqləri artıra bilər. Məzhəb məsləsindən istifadə edib, daxili təhlükəsizliyimizi təhdid edər. Bizi açıq şəkildə Qarabağdan imtinaya səsləyər. Fars şovnizmi erməni şovnizmi ilə eynidir. İranın siyasəti son dərəcədə təhlükəlidir. Qeyd edim ki, ABŞ-ın İrana qarşı sanksiyaları və nüvə silahından çəkindirməyi region ölkələrinin təhlükəsizliyinin maraqlarınadır. Azərbaycan təbii ki, ABŞ-ın bu istiqamətdə siyatinə ardıcıl dəstək verməlidir".

Xosrov
Xəbəri paylaş