Newscenter.az.28.09.2019. Rusiya Azərbaycanlıları İttifaqının İkinci Forumunun keçirilməsi müəyyən müddətə təxirə salınıb.
Newscenter.az-a İttifaqın mətbuat xidmətindən daxil olan məlumatda bildirilib ki, buna səbəb təşkilatın Rusiyanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçmə prosesində yubanmaların olmasıdır. Bu səbəbdən RAİ-nin ikinci forumunun 2020 ci ilin ilk rübündə keçriləcəyi planlaşdırılır.
Qeyd edək ki, RAİ nin İkinci Forumunun keçirilməsi oktyabrın 12-nə nəzərdə tutulmuşdu. Həmin tarixə qədər Rusiya Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınma işində gecikmələr baş verdiyi üçün Təşkilat Forumu rəsmi qeydiyyatdan sonra keçirməyə qərar verib.
Xosrov