Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hepatitlər hansı halda xroniki mərhələyə keçir?

Hepatitlər hansı halda xroniki mərhələyə keçir?


Newscenter.az.29.09.2019. "Hepatitlər virus mənşəli və ya digər səblərdən yaranaraq kəskin və xroniki hal alır. Hepatitlərin simptomları gedişata görə müxtəlif olur" .

Newscenter,az xəbər verir ki, bu fikirləri Health Baku Medical Centerin Qastroenteroloqu- hepatoloq doktor Aysel Əskərova səsləndirib. O, qeyd edib ki,
bezi zamanlarda heç bir əlamət vermədən sakit formada xroniki mərhələyə keçir:

"Bəzən isə kəskin mərhələ ilə bu əlamətləri göstərir. Halsızlıq, iştahsıxlıq, yorğunluq, hərarət, qusma, sarılıq( gözlər və dəridə) oynaq ağrıları sidik rəngində tündləşmə ".

Aysel Əskərova bildirib ki, xroniki hepatitlerdə kəskin alovlanma mərhələsi olarkən eyni əlamətlər seyr edilir:

"Xroniki qaraciyər xəstəliklərində görülən əlamətlər isə dəridə hörümçək bənzər qan damarları, dalaq böyüməsi, ayaqlarda ödəm, qarın boşluğunda maye yığılması -assit, yaddash pozuntusu fikir dağınıqlığı, anormal qanamalardır".
Xəbəri paylaş