Newscenter.az.30.09.2019. Sentyabrın 30-da AŞPA-nın payız sessiyası öz işinə başlayır.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Sevinc Fətəliyeva çıxış edib. O, bildirib ki, sessiyada AŞPA Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada Ombudsman institutlarının vəziyyəti, Avropa Şurasının İnkişaf Bankı, terror qurbanlarının qorunması və dəstəklənməsi, yəhudi mədəni irsinin qorunub saxlanılması və digər məsələlər müzakirə olunacaq.
Sessiya çərçivəsində Avropa Şurasının yaradılmasının 70 illik yubileyi keçiriləcək.
Xosrov