Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan növbəti illərdə Doing Business hesabatında birincilər sırasında yer alacaq



Newscenter.az.30.09.2019. Azərbaycanın artan iqtisadi gücü, potensialı, bu potensiala uyğun olaraq atdığı addımlar, həyata keçirdiyi islahatlar ölkəmizin təkcə Cənubi Qafqaz regionunda deyil, eləcə də beynəlxalq aləmdə mövqelərini gün-gündən möhkəmləndirir, onu dünyanın əsas aparıcı lider dövlətləri ilə eyni sırada qərarlaşdırır. Hər ötən il ölkəmizin aktivinə yazdığı uğurlar, nailiyyətlər deyilənləri əyani şəkildə təsdiqləyir. Birmənalı olaraq qeyd edə bilərik ki, Azərbaycanın əldə etdiyi uğur və nailiyyətləri şərtləndirən başlıca amil həyata keçirilən düzgün və məqsədyönlü siyasətdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət günümüzdə ulu öndərin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən yeni bir mərhələyə qədəm qoyub. Bu mərhələdə də əsas diqqət ölkənin iqtisadi qüdrətinin gücləndirilməsi və əhalinin sosial rifah halının yaxşılaşdırılmasıdır. Elə millət vəkili Eldəniz Səlimov da bu qənaətdədir.

Millət vəkili bildirib ki, Azərbaycan dövləti əsasını Ulu öndər tərəfindən qoyulmuş, möhtərəm Prezidentimiz tərəfindən həyata keçirilən uğurlu islahatların nəticəsində ölkəmiz bütün sahələrdə inkişaf mərhələsinə keçərək sürətli inkişafa istiqamətləndi. Onun sözlərinə görə, sürətli iqtisadi inkişaf nəticəsində ölkəmiz dünya ölkələri arasında xüsusi mövqeyə malik oldu. " Doing Business 2019" hesabatında 32 pillə irəliləyərək ən islahatçı ölkələr sırasında 57-ci pillədən 25-ci yerə yüksəldi:

"Ölkəmizin iqtisadi inkşafının sürətlənməsi nəticəsində şaxələnmiş iqtisadiyyatın inkişafına şərait yaratdı. Əhalinin sosial vəziyyətinin ildən-ilə yaxşılaşmasına təkan verdi. Ölkə ərazisində infrastruktur layihələr uğurla həyata keçirildi. 2004-cü ildən başlayan Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində ölkəmiz regionun qüdrətli inkişaf etmiş ölkəsinə çevrildi. Dünya bankının nüfuzlu " Doing Business 2020" təşkilatının müşahidələri və keçirdiyi sorğulara əsaslanaraq hazirladığı hesabatda 190 ölkə arasında ən islahatçı 20 ölkə sırasına daxil edilib". Eldəniz Səlimov bildirib ki, Azərbaycanda həyata keçirilən islahatların əsasını düzgün və məqsədyönlü idarəçiliyin mövcudluğu təşkil edir: "Ulu öndər Heydər Əliyev elə bir idarəçilik akademiyası yaratmışdı ki, burada təhsil alan, dinləmələrdə iştirak edən hər bir Azərbaycan vətəndaşı ölkə başçısının rəhbərliyi altında ölkəmizin inkişafı naminə bir məqsədə xidmət göstərir. Neft kapitalı insan kapitalına istiqasmətləndirildi. Möhtərəm Prezidentimizin həyata keçirdiyi düzgün nə məqsədyönlü siyasət nəticəsində qonşu dövlətlərlə və ümumilikdə dünya dövlətləri ilə dostluq, əməkdaşlıq əlaqələri yarandı. Bunu nəticəsində ölkəmizin nüfuzu artmaqda davam edir".

Millət vəkili hesab edir ki, 2019-cu il tarixdə sosial islahatlar ili kimi qalacaq:

"Bu ildə dəfələrlə əhalinin sosial rifahını yaxşılaşdırmaq üçün Prezidentimiz tərəfindən bir neçə sərəncam imzalamış, minimum əmək haqqı 250 manata, minimum pensiya 200 manata, büdcədən maliyyələşən təşkilatlarda əmək haqları 50 faizə qədər artırılmışdı. Dünyanın bir sıra möhtəbər tədbirlərinə Azərbaycan ev sahibliyi edir. Beynəlxalq layihələrin həyata keçirilməsinə təşəbbüskar olmaqla onlara investitsiya yatırır. Buradan gələn əlavə vəsait insanların sosial vəziyyətinin daha da yaxşılşadırılmasına yönədilir".

Eldəniz Səlimovun sözlərinə görə, ölkəmizin iqtisadi inkişafının sürət tempi bizə əsas verir ki, islahatlar davamlı olacaq:

"Neft kontraktının 25 ilinin yekunları bir daha əsas verir ki, bu sahədə inkişaf mövcuddur. Neft kontraktının müddətinin daha 2050-ci ilə qədər artırılması imzalandı. Qeyri-neft sektorunun inkişafı ilə demək olar ki, məhsul ixracına başlanıldı. Azərbaycanın "Asan Xidmət" brendi dünyanı düşündürdü, bir sıra ölkələr təcrübə məqsədilə ölkəmizə gələrək bu xidməti öyrənərək ölkələrində tətbiq etməyə çalışırlar. Azərbaycanın sürətli iqtisadi inkişafı bizə onu deməyə imkan verir ki, Azərbaycan növbəti illərdə Doing Business hesabatında birincilər sırasında yer alacaq".

Millət vəkili onu da vurğulayıb ki, dünyada həyata keçirilən ədalətli, beynəlxalq hüquqa əsaslanan bütün hesabatlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirilməsinə imkan yaradacaq:

"Inanırıq ki, beynəlxalq təşkilatların hazırladıqları hesabatlar beynəlxalq normalara uyğun keçirilərsə ölkəmiz inkişaf etmiş ölkələr sırasında yer alacaq, onun beynəlxalq aləmdə nüfuzu daha da artacaq".

Xosrov
Xəbəri paylaş