Newscenter.az.30.09.2019. Milli Məclisin depudatların yarıdan çoxu bizneslə məşğuldur. Məhz öz bizneslərini genişləndirmək və qorumaq üçün mandata sahib olublar.
Newscenter.az xəbər verir ki, bu fikirləri AXCP-nin sədr müavini Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, indiki parlamentin tərkibinin çoxunu təşkil edən biznesmen depudatların nə dövlətçiliyə, nə də seçicilərinə xeyri var:
"Rafael Cəbrayılov şəxsində bir daha aydın oldu ki, onlar mandatlarını yalnız biznes məqsədləri üçün istifadə edirlər. Binəqədi 10-cu seçki dairəsindən depudat olan Madər Musayəv də geniş bizneslə məşğuldur. Məhz depudatlığı hesabına biznesini genişləndirir. Heç seçiciləri öz depudatını tanımır".
Partiya rəsmisi deyib ki, gələn il seçkilərində parlamentin tərkibi dəyişməlidir:
"Xalqın etmadını qazanan yeni tərkib formalaşmasına ehtiyac var. Bizneslə əlaqəli və digər sahələrin adamlarını parlamentə gətirmək dövlətçiliyə zərbə vurur. Qeyd edim ki, proporsional seçki sisteminə keçilməsi mütləqdir".
Xosrov