Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Loqos" elmi-publisistik psixoloji jurnalın yeddinci sayı işıq üzü görüb



Newscenter.az.30.09.2019. "Loqos" elmi-publisistik psixoloji jurnalın yeddinci sayı işıq üzü görüb.

Newscenter.az xəbər verir ki, 3 aydan bir nəşr edilən jurnalın bu dəfəki sayında ötən 3 ay ərzində “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin filiallarında baş verən mühüm tədbirlər, əməkdaşlıqlar haqqında geniş məlumat, günümüzün aktual problemlərinə psixoloq yanaşması yer alıb.

Eyni zamanda, jurnalın yeni buraxılışında məktəb fobiyası, erkən nigah, uşaq istismarı, valideyn-övlad bağlılığı, özgüvən əksikliyi, məktəb psixoloqlarının düzgün fəaliyyəti, payız depressiyası, süfrə mədəniyyəti kimi bir sıra maraqlı mövzular əks olunub.

Məlumat üçün bildirək ki, jurnalın təsisçisi “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri Təranə Məmmədova, baş redaktoru Rəhilə Gülgündür.
Xəbəri paylaş