Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili: "Elementar etika, estetika qaydalarına riayət etməyən və yaxud xəbəri belə olmayan kifayət qədər vəzifəli şəxslərə də rast gəlirsən"



Newscenter.az.30.09.2019. Bakı bulvarı dünyanın ən ğözəl, yaraşıqlı və insanların rahat gəzmələri, əylənmələri, istirahət etmələri,idmanla məşğul olmaları üçün ideal məkandır. Buna görə də uşaqdan tutmuş ən yaşlı vətəndaşlarımızın, eləcə də günü gündən artan şəhərimizin qonaqlarının ən çox üz tutduğu yer məhz bulvardır.Yəqin ki, hər birimiz müxtəlif ölkələrdə olan zaman, həmin ölkənin insanları, Azərbaycandan olduğumuzu öyrənən kimi, Bakı da olduqlarını, bulvarın gözəlliklərindən böyük həvəslə danışırlar. Ola bilsin, gündəlik həyatımızda rastlaşdığımız üçün, bu ğözəlliklər bizim üçün adi görünür.Başqa ölkələrdən gələn turistlərin gözü ilə baxmağı bacarsaq, düşünürəm ki, bulvarın yaratdığı müsbət aura insanlarımızı daha da xoşbəxt edər.

Amerika sosioloqlarının gəldiyi belə bir nəticə var. “Müasirlər heç zaman ətrafda baş verən hadisələri düzgün qiymətləndirməyi bacarmayıblar”.
Rusca belədir.” Современники никогда не могли объективно оценить вокруг происходящее”.

Yeri gəlmişkən, bu gözəl sərvəti bakılılara bəxş etdiyi üçün, cənab Prezidentə təşəkkürlərimizi çatdırıram.
Son vaxtlar hər yerdə sağlam həyat tərzinin,təmiz havada yerimənin insan orqanizminə faydaları haqqında o qədər təbliğat aparılıb ki,axşamlar vaxt olanda, həmkarlarımla və bəzi dostlarla bulvara nəfəs allmaq gedirik.

Təxminən iki həftə öncə, az qala faciəyə çevriləcək bir hadisənin şahidi olduq. Çox yüksək sürətlə velosipedlərlə öz aralarında yarışan bir qrup gənclərdən biri qəflətən əyləci basaraq idarəetməni itirdi və aşaraq zədələndi. Yoldaşlarımızdan biri qeyri ixtiyari olaraq, “ sənə bu da azdır”deyə hiddətini bildirdi.

Ən dəhşətlisi o idi ki, həmin gənclər, ailəsi ilə gəzintiyə çıxan məsum bir körpənin həyatına son qoya bilərdilər.Çox şükür, bədbəxt hadisə baş vermədi.
Demək olar ki, buna bənzər hadisə dünən axşam da baş verdi. Bir neçə müxtəlif qruplarda birləşmiş gənclər, xüsusi olaraq düzəldilmiş velosiped yollarında yox, məhz insanların kütləvi şəkildə gəzdikləri ərazilərdə yüksək sürətlə, qışqıra qışqıra insanlar üçün real təhlükə yaradırlar. Bəziləri əllərində fast food, yüksək səslə müxtəlif xalqlara məxsus musiqiləri dinləyərək öz keflərindədir. Söz yox, bunların arasında xarici turistlər də yox deyil. Qəribə də olsa bu tipli insanların arasında orta və yaşlılarda, qadınlar da var. Avropaya inteqrasiyadan danışırıq. Avropada insanlar ictimai yerlərdə qışqırmırlar, ucadan telefonla yüksək səslə danışmırlar. Elə bilir ki, qışqıranda min km- lə uzaqda olan həm söhbəti onu daha yaxşı eşidəcək.Elementar etika, estetika qaydalarına riayət etməyən və yaxud xəbəri belə olmayan kifayət qədər vəzifəli şəxslərə də rast gəlirsən.
Biz də adətən hadisə baş verəndən sonra əl ayağa düşürük.

Dəniz kənarı bulvar idarəsinin rəhbərliyindən xahiş edirəm.

1. Kirayə velosiped verən şirkətlərdən tələb edilsin ki, icarədarlarla müvafiq qaydalara riayət olunması üçün təlimatlandırsınlar. Velosipedi ancaq müəyyən olunmuş yerlərdə sürsünlər.

2. İnsanların kütləvi şəkildə gəzdikləri yerlərə qadağan edici nişanların qoyulması təmin olunsun.
Heç bir zərurət olmadan ,rahat şəkildə istirahət edən insanlarda tez tez arxaya baxmaqla “özünü qoruma “ instinkti formalaşır.
Hörmətli valideynlər və müəllimlər, hər birimiz, hər gün, hər saat yorulmadan uşaqların, gənclərin tərbiyəsi ilə məşğul olmalıyıq.İlk növbə də özümüzə, sonra millətə,dövlətə problem yaratmamaları üçün.
Hər birinizə uğurlar.

Nəsib Məhəməliyev-Milli Məclisin deputatı
Xəbəri paylaş