Newscenter.az.30.09.2019. “Doğrudan da, bir deputatın öz vəsiqəsini borc qarşılığında girov qoyması böyük rəzalətdir. Daha böyüyü isə o düşüncədə olan adamın bir neçə dəfə mandat almasıdır”.
Newscenter.az xəbər verir ki, bu fikirləri müstəqil ekspert Əlabbas Məhərrəmli səsləndirib. O, qeyd edib ki, vəsiqə həmin deputata minlərlə seçicinin etimadı sayəsində verilib:
“Vəsiqəni girov qoymaq həm də insanların etimadını itirməkdir, dövlətçiliyə həqarətdir. Bu gün həmin deputatin Milli Məclisə ünvanladigi məktubunu isə məhz ictimai qinagin nəticəsi kimi qiymətləndirmək olar. Nə seciciləri, nə də həmkarlar bu məsələyə biganə qalmadilar,əksinə hami qinadi. Bu gün özü mandatindan imtina elədi. Bu həm də başqalarina da dərs olacaq”.
Xosrov