Newscenter.az.1.10.2019. Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, xüsusən də ammofos və nitroammofoska gübrələrinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Newscenter.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı Qazax, Ağstafa, Tovuz, Göygöl, Goranboy, Şabran, Xaçmaz, Quba, Salyan, Neftçala, Tərtər, Bərdə, Yevlax təşkil ediləcək.
Səyyar satışlar:
Oktyabrın 1-də Qazaxın Alpoud, Şabranın Pürəbədil, Tərtərin Hüsənli kəndində;
Oktyabrın 2-də Ağstafanın Dağkəsəmən, Xaçmazın Susay Qışlaq, Tərtərin Qəzyan kəndində;
Oktyabrın 3-də Tovuzun Əlimərdanlı, Qubanın Alpan, Bərdənin Yeni Daşkənd kəndində;
Oktyabrın 4-də Göygölün Çaykənd, Salyanın Xalac, Bərdənin Əmirli kəndində;
Oktyabrın 5-də Goranboyun Tapqaraqoyunlu, Neftçalanın Xolqaraqaşlı və Yevlaxın Gülöyşə kəndində həyata keçiriləcək.
Adı çəkilən, eləcə də ətraf kəndlərin sakinləri tələb olunan sənədləri - torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.
Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1652 Çağrı Mərkəzi və (+99451) 255-93-83, (+99451) 229-32-07 əlaqə nömrəsinə müraciət etmək lazımdır.
Orxan