Newscenter.az.1.10.2019. “Hilal” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT – lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Cəbhəyanı bölgələrdə yaşayan məcburi köçkün ailələrinin sosial problemlərinin həllinə ictimai dəstəyin artırılması” layihəsini həyata keçirib.
Newscenter.az-a İctimai Birlikdən verilən məlumata görə, layihənin məqsədi cəbhəyanı bölgələrdə məskunlaşan məcburi köçkün ailələrinin sosial problemlərində ictimai iştirakçılığın artırılmasıdır.
Layihə çərçivəsində Tovuz, Ağstafa və Qazax rayonlarında yaşayan məcburi köçkün ailələri ilə görüşlər keçirilib. Keçirilən görüşlərdə ailələrin sosial dəstək xidmətlərindən istifadə imkanlarının artırılması, onların məşğulluq, hüquqi, problemlərinin həllində dəstək, ailələrin hüquqi problemlərinin həllində yardım, sosial yardım və müavinətlərlə bağlı yönləndirmə, sosial təhlükəli vəziyyətdə olan qadın və uşaqların , şəhid ailələrinin emosional durumunun yaxşılaşdırılması, məcburi köçkün ailələrinin problemlərinin həllində ictimai dəstəyin artırılması, ailələrin problemlərinin həlli ilə icma dəstəyinin yaradılması kimi məsələlərə toxunulub.
Layihə çərçivəsində keçirilən görüşlərdə yerli icma nümayəndələri, ictimai xadimlər, dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.
Xosrov