Newscenter.az.1.10.2019. Oktyabrın 1-dən bərpa olunacaq gecə reyslərində çalışacaq sürücülərin hər biri yüksək peşəkarlıq qabiliyyəti olan, xüsusi təlim keçmiş sürücülərdir. Sürücülərə vahid geyim forması tətbiq olunacaq. Bu barədə məlumat Newscenter.az-a Bakı Beynəlxalq Avtovağzalından daxil olub. Bildirilib ki, avtobuslarda wi-fi və yol boyu pulsuz çay, qəhvə servisi mövcud olacaq.
Biletləri avtovağzalın kassalarından gündəlik və ya qabaqcadan satış kassalarından səfər tarixinə 10 (on) gün qalmışdan 1(bir) gün qabağa qədər əldə etmək mümkündür. “Onlayn” qaydada bilet sifariş etmək istəyən sərnişinlərsəfər tarixinə 10 gün qalmışdan 1 gün qabağa qədər “avtovagzal.az” saytı və ya mobil tətbiq (həm android, həm ios istifadəçiləri) üzərindən ala bilərlər.
Anar