Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Gələcəyə iz qoy!” şüarı ilə Türkiyədə beynəlxalq konqres keçirilib



Newscenter.az.1.10.2019. BMU İnnovasiya Mərkəzi Azərbaycanı Beynəlxalq Texnologiya Transfer Ofisləri Konqresində tədbirdə təmsil etdi.

Bakı Mühəndislik Universitetinin (BMU) İnnovasiya Mərkəzi Türkiyənin nüfuzlu elm-texnologiya sahəsində ixtisaslaşmış qurumları, aidiyyatı dövlət orqanları və universitetləri ilə əməkdaşlıq əlaqələri qurur. Bu barədə TED.az-a BMU-nun İnnovasiya Mərkəzinin müdiri Elçin Yusubov məlumat verib.

Newscenter.az xəbər verir ki, əməkdaşlıqla bağlı razılıq sentyabrın 26-dan 28-dək Türkiyədə keçirilən 1-ci Beynəlxalq Texnologiya Transfer Ofisləri Konqresi çərçivəsində aparılan danışıqlar zamanı əldə olunub.

ESOGÜ Konqres və Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə Türkiyə ilə yanaşı dünyanın bir çox ölkələrindən texnologiya transfer mütəxəssisləri, alimlər, investorlar iştirak ediblər.

“Gələcəyə iz qoy!” şüarı ilə keçirilən konqres Eskişehir Osmanqazi Universitetinin rektoru, professor Kamal Şenocak və ali məktəbin prorektoru, professor Ali Arslantaşın açılış nitqi ilə başlayıb.
Xəbəri paylaş