Lerikdə qaz xətti zədələndi, 155 abonent qazsiz qaldı
Tarix: 1-10-2019, 11:14
Newscenter.az.1.10.2019. Dünən gecə 23:10-da Lerik rayonunun Aşağı Anburdərə kəndi ərazisindən keçən 108 mm diametrində olan qaz xəttini texnika ilə zədələyiblər.
“Azəriqaz” İstehsalat Birliyindən Newscenter.az-a bildirilib ki, bu zaman xəttin üzərindəki siyirtmə də yararsız hala düşüb. Baş verən hadisəyə görə rayonun Qosmalıyan kəndi yaxınlığından qaz təchizatı bağlanıb və ümumilikdə 5 kənddə (Aşağı Anburdərə, Məhləbad, Kələxan, Göydərə və Kəlvəz) 455 abonent qazsız qalıb. Bu gündən bərpa işlərinə başlanılacaq.
Zaur