Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Niderland Hollandiya adından imtina edib



Newscenter.az.7.10.2019. Niderland hökuməti Hollandiya adından imtina etməyə qərar verib. Newscenter.az xəbər verir ki, bu barədə "Adformatie" portalı bildirib.

Hakimiyyət orqanları hesab edir ki, ölkənin simasını yeniləmək lazımdır. Çünki Hollandiya əsasən narkotik vasitələrlə və Amsterdamın "Qırmızı fənərlər" kvartalı ilə asossiasiya olunur.

Qeyd edilir ki, yeni imic Niderland adı ətrafında qurulacaq. İmic beynəlxalq tədbirlərlə, məsələn, "Avroviziya-2020" ilə aktiv şəkildə tanınacaq.
Ölkənin futbol yığması da həmçinin bütün matçlarda azarkeşlər üçün adət edilmiş addan imtina edəcək.

Ad dəyişikliyi eləcə də Tokioda 2020-ci ilə keçiriləcək olimpiadada Niderlandı təmsil edəcək idmançılara aid olacaq.

Anar Tağıyev
Xəbəri paylaş