Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kopenhagendə keçirilən İnteqrasiya Günü tədbirində Azərbaycan təbliğ edilib-FOTOLAR-VİDEO



Newscenter.az.8.10.2019. Danimarkanın paytaxtı Kopenhagen şəhərində hər il təşkil olunan "Inteqrasiya Gunu tədbirində Azərbaycan da ənənəvi olaraq təmsil olunub.

Bu barədə Newscenter.az-a məlumat verən Danimarka Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi deyib ki, “İnteqrasiya Günü - 2019" tədbirini Frederiksberq Bələdiyyəsinin burqmesteri Simon Aggesen acaraq, qonaqları salamladı:

“Burqmester Kopenhagendə fəaliyyət göstərən səfirlikləri və öz vətənlərini təmsil edən cəmiyyətlərə tədbirdə iştirak etdiklərinə görə təşəkkür etdi. Bu tədbirin Danimarka ictimayyetinə inteqrasiyada zəruri rolu olduğunu bir daha vurğuladı. Danimarkada Azərbaycan səfirliyi fəaliyyət göstərmədiyi üçün, hər il olduğu kimi Azərbaycanı bu tədbirdə Danimarka Vətən Cəmiyyəti olaraq biz təmsil edirdik”.


Səfər Sadiqi deyib ki, tədbirdə Azərbaycanı təbliğ edən guşə iştirakçıların marağına səbəb olub:

“Vətən Cəmiyyətinin numayəndələri danimarkalılara və şəhərin qonaqlarına Azərbaycan barədə ətraflı məlumat verdilər. Azərbaycanın tarixi, mədəniyyətinə aid olan kitab və burojurlarla yanaşı Azərbaycan şirniyyatları danimarkalılara təqdim olundu. İnteqrasiya Gününə xüsusi zövq verən " Cırtdan " yaradıcılıq qrupunun çıxışları tədbir iştirakçılarının marağına səbəb olub. Frederiksberq bələdiyyəsi tərəfindən "Cırtdan " yaradıcılıq qrupuna hədiyyələr təqdim olunub”.

[media=https://youtu.be/bIRIOnmGUxo]
Səfər Sadiqi onu da qeyd edib ki, Kopenhagendə fəaliyyət göstərən erməni cəmiyyətinin nümayəndələri tədbirdə iştirak etməyiblər:

“Ancaq Vətən Cəmiyyətinin nümayəndələri hər il olduğu kimi bu il də Azərbaycanı layiqincə təmsil etdilər”
Qeyd edək ki, Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi Kopenhagendə fəaliyyət göstərən xarici ölkə səfirlərilə söhbətində onlara Azerbaycanın bu günkü inkişafı, əldə etdiyi nailiyyətlər barədə məlumat verib.

Xosrov

Xəbəri paylaş