Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərsu” rəhbərliyi vətəndaşlarla görüşəcək



Newscenter.az.11.10.2019. Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov oktyabrın 18-də Lənkəran şəhərində Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə məlumat Newscenter.az-a Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, oktyabrın 21-də isə “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Biləsuvar şəhərində Cəlilabad və Cəbrayıl rayonlarının sakinləri ilə görüşəcək. 22 oktyabr tarixində “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov Masallı şəhərində Masallı və Yardımlı rayonlarının sakinlərini qəbul edəcək.
Qəbullar Lənkəran və Masallı şəhərlərindəki Heydər Əliyev mərkəzlərində, həmçinin Biləsuvar sukanal sahəsinin inzibati binasında keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Xosrov
Xəbəri paylaş