Newscenter.az.11.10.2019. Aşqabadda keçirilən MDB dövlət başçılarının sammitində Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyana "sürpriz" hazırlaması və bütün ermənilərlə bərabər Paşinyanın özünün də ideallaşdırdığı, bütləşdirdiyi faşist köpəyi Qaregin Njdeyə İrəvanda abidə ucaldılmasını gündəmə gətirməsi sözün əsl mənasında diplomatik və siyasi demarş idi.
Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. Onun sözlərinə görə, İlham Əliyev II Dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycan xalqının oynadığı rolu xatırlatdı və haqlı olaraq qeyd etdi ki, MDB dövlətlərinin bəzilərində, xüsusilə də Ermənistanda faşistlərin qəhrəmanlaşdırılması halları baş verir: "Ermənistanda keçmiş hakimiyyət İrəvanın mərkəzində faşistlərə xidmət etmiş Qareqin Njde ləqəbli faşist cəlladına abidə ucaldıb. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu abidəni sökmədi. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlaşdırılasına yer yoxdur”.
Azərbaycan lideri Ermənistanın bu gün də faşizmə dəstək verdiyini və faşist siyasət yürütdüyünü qeyd etdi. Paşinyan İlham Əliyevin bu haqlı fikirlərini təkzib etməyə çalışsa da, lakin məntiqsiz fikirləri ilə özünü biraz da çətin vəziyyətə saldı.
Partiya sədri bildirib ki, Paşinyanın savadsız və saxtakar çıxışını şərh edən Rusiyanın “Milli müdafiə” jurnalının baş direktoru, tanınmış hərbi ekspert İqor Korotçenko haqlı olaraq Paşinyana Rusiya Federasiyası Müdafiə Nazirliyinin baş redaksiya komissiyası tərəfindən nəşr olunan 12 cildlik “1941-1945-ci illər Böyük Vətən Müharibəsi” ensiklopediyasını oxumağı tövsiyə edib və erməni baş nazirə təhsilindəki boşluğu doldurmağı təklif edib.
"İlham Əliyevin bugünkü parlaq diplomatik revanşının Paşinyanı növbəti dəfə öz ölkəsində siyasi qüvvələrin və erməni ictimaiyyətinin sərt təpkilərinə məruz qoyacağı şəksizdir. İndi Paşinyanın siyasi iflası bir qədər də sürətlənəcək".
Xosrov