Newscenter.az.11.10.2019. Dünyada ən çox istiqamət üzrə uçuşlar həyata keçirən “Türk Hava Yolları” oktyabr ayının 4-dən 18-ə qədər endirim kampaniyası elan edir. Newscenter.az Türk Hava Yollarının Bakı ofisinə istinadən xəbər verir ki, 19 istiqaməti əhatə edəcək endirim kampaniyası çərçivəsində əldə olunan biletlərin istifadə müddəti 5 oktyabr-27 dekabr tarixlərini əhatə edir.
Kampaniya çərçivəsində səyahətsevərlər istər Yaxın (Təl-Əviv), istər Uzaq Şərq (Tokio), istərsə də ekzotiv Cənubi Amerikanı (Buenos-Ayres) endirimli qiymətlərlə kəşf etmə imkanı qazanırlar. Endirim kampaniyasında Təl-Əviv istiqamətində biletin qiyməti 299 Avro, Tokio istiqamətində 819 Avro, Buenos-Ayres istiqamətində isə 899 Avro təşkil edir. Kampaniyada yer almış şəhərlərin siyahısında həmçinin Nyu-York (559 Avro), Kuala Lumpur (659 Avro), London (548 Avro) və Parisin də adı yer alıb (399 Avro).
Qeyd edə ki, təklif olunan qiymətlər Avro ilə göstərilib, gediş-qayıdış üçün nəzərdə tutulub və vergilər də göstərilən qiymətlərə daxildir
İSTİQAMƏT QİYMƏT
Təl-Əviv 299 Avro
Nyu-York 559 Avro
Toronto 719 Avro
Monreal 729 Avro
Tokio 819 Avro
Phuket 599 Avro
Kuala-Lumpur 659 Avro
Banqkok 579 Avro
Berlin 439 Avro
London 548 Avro
Buenos-Ayres 899 Avro
Vilnüs 339 Avro
Hyuston 759 Avro
Boqota 917 Avro
Budapeşt 439 Avro
Venesiya 519 Avro
Neapol 569 Avro
Paris 399 Avro
Cenevrə 438 Avro