Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gömrükçülər külli miqdarda siqaretin ölkəyə keçirilmıəsinin qarşısını alıb



Newscenter.az.14.10.2019. Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 2960 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb.

Newscenter.az-a DGK-dan bildirilib ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşlarına məxsus "Mercedes-Benz E220" və "Mitsubishi Pajero İO" markalı avtomobillər saxlanılıb və sürücüləri şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı hər iki vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərindən "Parliament Aqua Blue", "Marlboro Filter Plus", "Parliament Super Slims" və "Marlboro Edge" markalı ümumilikdə 2960 ədəd siqaret aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

X X X

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında Biləsuvar gömrük postunda İran İslam Respublikasından idarə etdikləri "Mercedez-Benz" markalı sərnişin avtobusu ilə gələn Azərbaycan Respublikasının iki vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb və şifahi sorğu-sual olunublar.

Onlar nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan ediləsi hər hansı bir predmetin olmadığını bildiriblər. Daha sonra sərnişin avtobusuna gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtobusunun arxa qapısının girəcəyində yerləşən tullantıların atılması üçün nəzərdə tutulan və ön cihazlar panelinin sağ hissəsində əşyaların qoyulması üçün nəzərdə tutulan yerin altındakı boşluqlardan, gömrük nəzarətindən gizlədilən 800 ədəd "Senator Grand Vırgınıa", 3000 ədəd "Kent Nanotek 2" və 200 ədəd "Kent Nano" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Zaur
Xəbəri paylaş