Newscenter.az.14.10.2019. Rusiya Azərbaycanlıları İttifaqı Dövlət Dumasının Xaricdəki soydaşlarla iş üzrə Komitəsi sədrinin birinci müavini Konstantın Zatulinin növbəti təxribatçı çıxışı ilə bağlı bəyanat yayıb.
Newscenter.az xəbər verir ki, bəyanatda Rusiya Azərbaycanlıları İttifaqı Dövlət Dumasının Xaricdəki soydaşlarla iş üzrə Komitəsi sədrinin birinci müavini Konstantın Zatulinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti təxribatçı çıxışından narahatlığını ifadə edir.
Xatırladaq ki, oktyabrın 11-də Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində təşkil olunan “Ədalət və Sülh naminə əməkdaşlıq” konfransında Rusiyanın yüksək vəzifəli rəsmisi Konstantin Zatulin çıxış edib.
Millət vəkili Zatulin çıxışı zamanı Dağlıq Qarabağ münaqişənin «Dağlıq Qarabağ xalqı» nın maraqlarına uyğun ədalətli həll olunacağına ümid etdiyini bildirib. Bundan əlavə Konstantin Fyodoroviç Rusiyanın 2 milyonluq erməni diasporunun və Rusiya Federasiyasının digər xalqlarının qondarma Qarabağ rejiminin dostu olduğunu qeyd edib.
Biz, Rusiya Azərbaycanlıları İttifaqı olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin “millətin öz müqəddəratını təyinetmə hüququ” olmadığını, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları olduğunu hesab edirik. Ermənistanın Baş naziri Nikol Paşinyan yüksək səslə “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” deməsi də fikrimizi təsdiqləyir. Ermənistan dövləti bütün qonşularına qarşı açıq ərazi iddiaları irəli sürür. "Öz müqəddəratını təyin etmək istəyən Qarabağ xalqı" tezisi isə ərazi iddialarını ört-basdır etmək və təcavüz aktını əsaslandırmaq üçün hazırlanmış gözəl bir terminoloji pərdə kimi işlənmişdir.
Deputat Zatulinin sərsəm bəyanatına qayıdaraq qeyd etmək istəyirk ki, Rusiya rəsmisinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı belə ritorikadan istifadəsi ilk dəfə deyil. Bununla yanaşı, deputat Zatulinin fikirləri münaqişənin həlli çərçivəsində paradoksal hadisələrin baş verdiyini təsdiqləyir.
Belə ki, bu yaxınlarda Soçidə keçrilən Valday konfransı çərçivəsində çıxış edən Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov, münaqişənin həlli prosesində "Qarabağ Ermənistandır" kimi yüksək səslənən ifadələrin münaqişənin həllinə zərərli olduğunu bildirmişdi.
Qeyd etməliyik ki, Rusiya münaqişədəki prinsiplərinə sadiq qalır və Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu baxımdan, MDB ölkələri İnstitutunun – Rusiya Xarici İşlər Nazirliyi və ölkəninaparıcı təhsil müəssisələri (MGIMO və MSU) tərəfindən kurasiya olunan bir təşkilatınrəhbəri, Konstantin Zatulinin açıq təxribatı açıqlamaları təəccüb doğurur.
Bu fakt Rusiyadakı Azərbaycan diasporununhaqlı narazılığına səbəb olur. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolunu nəzərə alaraq, bu prosesə birtərəfli baxışı, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasının birbaşa və ya dolayı yolla dəstəkləndiyi yüksək səviyyəli bir rus məmurunun etdiyi açıqlamaları yolverilməz hesab edirik.
Fundamental mifologiya ilə manipulyasiya üzərindən cənab Zatulin dünya ictimaiyyətinə və elminə Qarabağın uzun müddət erməni irsinin və tarixinin bir hissəsi olduğunu inandırmağa çalışır. Ermənilərin əcdadları, “tarixşünas deputatın" fikrinə görə,guya qədim dövrlərdəQandzasar, Dadivank (Xudavank, Azərbaycan Respublikasının Xocavənd rayonu) və ya Amarasda monastırlar tikdirmişlər.
Zatulinin fikirləri əslində dəhşətli saxtalaşdırma faktının təzahürüdür. Alban əsilli Xaçın knyazlığırəhbərininQandzasar monastırı üzərindəki daş yazısını bir nümunə kimi göstərmək kifyətdir. – «Mən, Tanrının itaətkar qulu,geniş ərazilərə malik olan, Həsənin nəvəsi, Vaxtanqın oğlu, uca və geniş bir Artsax ölkəsinin təbii mütləq padşahıHəsən Cəlalam. Bu kilsəni alban xalqım üçün tikdim (Alban dilində. - imagaguanitsazgn)." daş yazısı fonunda deputat Zatulinin “tarixi” istinadları, Jan Koktonun, “tarix mif halına gələn həqiqətdir. Mif tarixə çevrilən bir yalandır” sitatınıxatırladır.
Bildiyiniz kimi, gizli hər şey zaman keçdikcə bəlli olur. Ümid edirik ki, Rusiya prezidentinintəşəbbüsü ilə Tarixin saxtalaşdırılması cəhdlərinə qarşı mübarizə Komissiyasıdeputat Konsantin Zatulinin dırnaqarası fəaliyyətinə qiymət verəcəkdir.
Deputat Zatulin Rusiyada 2 milyondan çox erməninin yaşadığını deyir. Xatırladaq ki, Rusiyada bir milyondan çox azərbaycanlı da yaşayır. Və bu cür faktlara istinad Rusiya Federasiyasının etnik qruplarından birinin maraqlarını tamamilə nəzərə almamaqla yanaşı, Rusiya ərazisindəki millətlərarası qarşıdurmalar üçün təhdidlər və yeni şərtlər yaradır.
Bununla əlaqədar Rusiya Azərbaycanlıları İttifaqı, Rusiya Federasiyası Xarici İşlər Nazirliyindən və Rusiya Federasiyası Dövlət Dumasından cənab Zatulinin açıqlamalarına diqqət yetirmələrini, onların məzmunu ilə bağlı aydınlıq gətirmələrini və MDB ölkələri institutu rəhbərinin növbəti təxribatı hərəkətlərinin qarşısını almaq üçün lazımi tədbirlər görməsini xahiş edir.
Hörmətlə, Rusiya Azərbaycanlıları İttifaqı Koordinasiya Şurası